azturkxeber.az
http://azturkxeber.az

Ombudsmanın müstəqil monitorinq mexanizmi fəaliyyəti çərçivəsində Bakı şəhəri 1 nömrəli Körpələr Evində monitorinq həyata keçirilib

11-11-2026

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) müstəqil monitorinq mexanizmi fəaliyyəti çərçivəsində uşaqların hüquqlarının təmin olunması vəziyyətinin araşdırılması məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan Bakı şəhəri 1 nömrəli Körpələr Evində monitorinq həyata keçirilib.

Bu barədə Azturkxeber.az-a Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, “Uşaq hüquqları haqqında” Konvensiyanın həyata keçirilməsinin monitorinqi və təşviqi üzrə monitorinq qrupu tərəfindən müəssisənin inzibati otaqlarına baxış keçirilib, orada olan uşaqların yaşayış şəraiti, sağlamlığının qorunması, qidalanmasının təşkili və hüquqlarının təmini vəziyyəti araşdırılıb.

1 nömrəli Körpələr Evinin rəhbəri tərəfindən Ombudsmanın nümayəndələrinə müəssisənin fəaliyyəti və buraya yerləşdirilən uşaqlarla bağlı ətraflı məlumat verilib.

Yekunda Monitorinq Qrupu tərəfindən qidalanmanın təhlükəsizliyinə nəzarət məqsədilə məhsulların nümunələrinin götürülüb saxlanılması, menyunun tərtibatı, dərman vasitələrinin saxlanma qaydaları və müəyyən edilmiş digər məsələlər üzrə müəssisə rəhbərliyinə tövsiyələr verilib, qanunvericilikdə uşaq müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinə dair nəzərdə tutulmuş tələblər izah edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30