azturkxeber.az
http://azturkxeber.az

Ərdoğan Azərbaycana təşəkkür etdi

11-11-2026

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasına (COP31) hazırlığa göstərdiyi dəstəyə görə Azərbaycana minnətdarlığını ifadə edib.

Azturkxeber.az xəbər verir ki, o, bu açıqlamanı COP31 Liderlər Sammitindəki çıxışı əsnasında səsləndirib.

Türkiyə dövlət başçısı vurğulayıb ki, beynəlxalq tədbirin hazırlıq prosesinə göstərdiyi dəstəyə görə bir neçə ölkəyə təşəkkür etmək lazımdır:

“COP31 çərçivəsində qəbul ediləcək qərarların bütün bəşəriyyət üçün xeyirli olmasını arzulayıram. Bu xüsusda BMT Baş katibinə göstərdikləri dəstəyə görə təşəkkürümü bildirirəm. Həmçinin əvvəlki COP sədrilikləri zamanı əldə etdikləri təcrübəni bizimlə bölüşən Braziliyaya və can Azərbaycana da təşəkkür edirəm”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30