Deputatlar Rusiya Federasiyasında səfərdədirlər

Milli Məclisin deputatları Zaur Şükürov və Rizvan Nəbiyev Rusiya Federasiyasının Həştərxan şəhərində səfərdədirlər.
Bu barədə Azturkxeber.az-a Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Deputatlar Həştərxan şəhərində 11 saylı orta məktəbin əsaslı şəkildə yenidən qurulmasının və məktəbə Ulu Öndər Heydər Əliyevin adının verilməsinin 15 illiyinə həsr olunmuş tədbirlərdə iştirak edəcəklər.
Səfər noyabrın 13-də başa çatacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: