azturkxeber.az
http://azturkxeber.az

“ASAN xidmət” modeli Şri-Lanka və Cibutidə tətbiq ediləcək

11-11-2026



Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə BMT-nin Qərbi Asiya üzrə İqtisadi və Sosial Komissiyası, Cibuti Respublikasının Rəsmiləşdirmə və Sosial Müdafiə üzrə Əmək Nazirliyi, həmçinin Şri-Lanka Demokratik Sosialist Respublikasının Dövlət İdarəçiliyi, Əyalət Şuraları və Yerli Özünüidarəetmə Nazirliyi arasında dövlət xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlığa dair anlaşma memorandumları imzalanıb.

Azturkxeber.az xəbər verir ki, BMT-nin Qərbi Asiya üzrə İqtisadi və Sosial Komissiyası ilə imzalanan memorandum ASAN xidmət təcrübəsinin Komissiyaya üzv 21 dövlətlə paylaşılmasını, eləcə də bu istiqamətdə əməkdaşlığın təşviqini nəzərdə tutur.

Şri-Lanka və Cibuti ilə imzalanan sənədlər isə “ASAN xidmət” modelinin və qabaqcıl təcrübəsinin həmin ölkələrdə tətbiqini ehtiva edir.

Anlaşma memorandumlarının imzalanması Bakıda keçirilən “Birləşmiş Millətlər Təşkilatının (BMT) İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə Hazır Təsisatların İnkişafı” adlı beynəlxalq sammit çərçivəsində baş tutub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30