azturkxeber.az
http://azturkxeber.az

Bayram günlərində avtovağzal və avtostansiyalar gücləndirilmiş iş rejimində fəaliyyət göstərib

11-11-2026

Ölkə üzrə bütün avtovağzal və avtostansiyalar bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.

Azturkxeber.az xəbər verir ki, 6-10 noyabr tarixlərində BBAK-dan 1 280 reys həyata keçirilib, 37 707 sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb.

Bölgə avtovağzallarından müxtəlif istiqamətlərə, o cümlədən paytaxta 4 535 reys təşkil olunub. Bu reyslər vasitəsilə 55 197-yə yaxın sərnişin daşınıb.

Sərnişin tələbatının təmin edilməsi məqsədilə əlavə olaraq 220-dən çox reys həyata keçirilib.

Beləliklə, bayram günlərində Bakıdan bölgələrə və əks istiqamətdə sərnişindaşıma tələbatı tam şəkildə qarşılanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30