Məhkəmə Ekspertizası Mərkəzi vakant vəzifələr üzrə açıq müsabiqə elan edib


Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Müsabiqə Komissiyası müvafiq ixtisaslar üzrə vakant ştat vahidlərinin tutulması məqsədilə növbəti açıq müsabiqə elan edib.
Azturkxeber.az xəbər verir ki, vakant vəzifələr, ixtisas tələbləri, ərizə forması və təqdim edilməli sənədlərin siyahısı ilə Ədliyyə Nazirliyinin rəsmi internet saytında tanış olmaq mümkündür.
Müsabiqədə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun tələblərinə cavab verən, ali təhsilli, zəruri nəzəri və peşə hazırlığına malik Azərbaycan Respublikası vətəndaşları iştirak edə bilərlər.
Namizədlər 2026-cı il noyabrın 16-dan dekabrın 16-sı saat 18:00-dək, iş günləri və iş saatları ərzində müəyyən edilmiş ərizə formasını və digər zəruri sənədləri aşağıdakı ünvanlara təqdim edə bilərlər:
Müsabiqə ilə bağlı ətraflı məlumat əldə etmək üçün qeyd olunan telefon nömrələri ilə əlaqə saxlamaq mümkündür.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: