azturkxeber.az
http://azturkxeber.az

Naxçıvanda vergi daxilolmaları 10,9 faiz artıb

11-11-2026

2026-cı ilin yanvar-oktyabr aylarında Naxçıvan Muxtar Respublikasında vergi daxilolmalarında artım qeydə alınıb.

Azturkxeber.az xəbər verir ki, Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 231,7 milyon manata yaxın vergi daxil olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,9 faiz və ya 22,8 milyon manat çoxdur.

Vergi daxilolmalarının 174,9 milyon manatı qeyri-dövlət sektorunun payına düşüb. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan daxilolmalar 18,5 faiz və ya 27,3 milyon manat artıb.

Ümumi vergi daxilolmalarının 75,5 faizi qeyri-dövlət sektorunun, 24,5 faizi isə dövlət sektorunun payına düşüb.

Bundan başqa, 2026-cı ilin yanvar-oktyabr aylarında Naxçıvan Muxtar Respublikasında işsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 2 faiz artaraq 3,8 milyon manatdan çox olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30