azturkxeber.az
http://azturkxeber.az

Rusiyanın Həştərxan şəhərində Heydər Əliyevin anım tədbirləri keçirib

12-12-2024

 Milli Məclisin deputatları – Zaur Şükürov və Rizvan Nəbiyev Rusiya Federasiyasının Həştərxan şəhərində səfərdədirlər.
Deputatlar burada Ümummilli Lider Heydər Əliyevin anım tədbirlərində iştirak edirlər.
Səfər çərçivəsində Ulu Öndər Heydər Əliyevin abidəsinin ziyarət edilməsi, Heydər Əliyev adına orta məktəbə gediş, həmçinin Həştərxan Vilayətinin qubernatoru, Rusiyadakı Azərbaycan diasporunun nümayəndələri və gənclər birliyinin fəalları ilə görüşlər nəzərdə tutulub.
Səfər dekabrın 14-də başa çatacaq.


Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2024    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031