“Xilasedici” CEV Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinə yüksəlib



Kişi voleybolçulardan ibarət “Xilasedici” klubu noyabrın 11-də CEV Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyununda Portuqaliyanın “Sporting CP Lisboa” komandası ilə qarşılaşıb.
Azturkxeber.az xəbər verir ki, portuqaliyanın Lissabon şəhərində keçirilən görüşdə “Xilasedici” meydan sahiblərinə 3:2 hesabı ilə qalib gəlib. Tərəflər hərəyə bir qələbə qazandığından növbəti mərhələnin iştirakçısı qızıl setdə müəyyənləşib. Əzmkar mübarizə aparan “Xilasedici” qızıl setdə də qalib gəlib - 15:13.
Beləliklə, cavab oyununda və qızıl setdə qalib gələn “Xilasedici” CEV Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinə vəsiqə qazanıb. “Xilasedici” bu mərhələdə Sloveniyanın “ACH Volley Ljubljana” və Niderlandın “Orion Stars DOETINCHEM” cütünün qalibi ilə qarşılaşacaq.
CEV Çempionlar Liqası-kişilər (2-ci təsnifat mərhələsi)
11 noyabr 2026 (2-ci oyun)
“Sporting CP Lisboa” – “Xilasedici” 2:3 (25:21, 18:35, 25:22, 21:25, 13:15)
Qızıl set - 13:15
Ünvan: Portuqaliya, Lissabon
3 noyabr 2026 (1-ci oyunun nəticəsi)
“Xilasedici” – “Sporting CP Lisboa” 2:3 (23:25, 25:19, 25:23, 23:25, 10:15)
Ünvan: Bakı, FHN-nin idman zalı
“ORDU” CEV Çelenc Kubokuna qələbə ilə başladı
Kişi voleybolçulardan ibarət “ORDU” klubu 2026–2027-ci illər mövsümündə CEV Çelenc Kubokunda mübarizəyə başlayıb.
1/32 final mərhələsinin ilk oyununda Norveçdə yerli “Forde VBK” klubunun qonağı olan təmsilçimiz rəqibini 3:0 hesabı ilə məğlub edərək turnirə qələbə ilə start verib.
Cütün cavab qarşılaşması noyabrın 19-da saat 18:00-da Bakıda, GİN-in Voleybol Mərkəzində keçiriləcək.
CEV Çelenc Kuboku-kişilər (1/32 final mərhələsi)
11 noyabr 2026 (1-ci oyun)
“Forde VBK” – “ORDU” 0:3 (11:25, 17:25, 19:25)
Ünvan: Norveç, Forde
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: