Bakıda eşitmə məhdudiyyətli cüdoçular arasında Avropa çempionatının açılışı olub



Bakı İdman Sarayında eşitmə qabiliyyəti məhdud idmançılar arasında cüdo üzrə Avropa çempionatının açılış mərasimi keçirilib.
Azturkxeber.az xəbər verir ki, mərasim Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. İlk dəfə olaraq Himnimiz işarət dili ilə də təqdim olunub.
Daha sonra gənclər və idman naziri Fərid Qayıbov, Avropa Karlar İdman Təşkilatının (EDSO) prezidenti İosif Stavrakakis və Azərbaycan Deflimpiya Komitəsinin İdarə Heyətinin sədri Anar Bayramov çıxış ediblər.
Çıxışlardan sonra ilk dəfə ölkəmizdə təşkil olunan Avropa çempionatı açıq elan edilib.
Tədbir çərçivəsində deflimpiya hərəkatının yaranmasından bu günədək keçdiyi inkişaf yolunu əks etdirən videoçarx nümayiş olunub. Açılış mərasimi bədii hissə ilə davam edib.
Avropa çempionatının ilk günündə Azərbaycanın eşitmə məhdudiyyətli cüdoçusu Coşqun Əliyev (60 kq) qızıl medal qazanıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: