azturkxeber.az
http://azturkxeber.az

Bakı, Abşeron, Xaçmaz, Zaqatala, Zəngilan və Qəbələdə ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

03-07-2026

Bakı, Abşeron, Xaçmaz, Zaqatala, Zəngilan və Qəbələdə ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhəri, Abşeron, Xaçmaz, Zaqatala, Zəngilan və Qəbələ rayonları ərazilərində ağacların qanunsuz kəsilməsi faktları aşkar olunub.

Xidmətdən Azturkxeber.az-a verilən məlumata görə, araşdırma zamanı Bakı şəhəri Nəsimi rayonu Azər Əliyev küçəsi ilə Tbilisi prospektinin kəsişməsində, Nəsimi rayonu Səməd Vurğun küçəsi ilə Vaqif prospektinin kəsişməsində, Nəsimi rayonu İmran Qasımov, Mirəli Qaşqay və Mirəsədulla Mirqasımov küçələrinin kəsişməsində, Abşeron rayonu Saray qəsəbəsində, Xaçmaz rayonunun Mürşüdoba kəndində, Zaqatala rayonunun Muğanlı kəndində, Zəngilan rayonunun Mincivan qəsəbəsi ərazisində və Qəbələ-Oğuz avtomobil yolunun Zərgərli kəndindən keçən hissəsində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 211 min 350 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031