azturkxeber.az
http://azturkxeber.az

Laçında növbəti əmək yarmarkası keçirilib

17-09-2025

Böyük Qayıdış proqramına uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş ərazilərimizə köçürülən sakinlər üçün aktiv məşğulluq proqramlarını davam etdirir.

Agentlik tərəfindən növbəti əmək yarmarkası Laçın şəhərində təşkil olunub.

“Laçın” İstirahət Kompleksi və Laçın Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən yarmarkada növbə rəisi, baş mühasib, kargüzar, təsərrüfatçı, qəssab və s. sahələr üzrə 14 vakansiya təqdim edilib.

Aktiv məşğulluq tədbirində çıxarılan vakansiyalara uyğun namizədlərin ilkin qeydiyyatı aparılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930