azturkxeber.az
http://azturkxeber.az

Gələn həftə Laçında əmək yarmarkası keçiriləcək

12-09-2025

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Laçın şəhərində əmək yarmarkası keçirəcək.

Tədbir 16 sentyabr 2025-ci il tarixində, saat 11:00-da Agentliyin Laçın rayonu üzrə xidmət şöbəsinin inzibati binasında (Laçın şəhəri, Heydər Əliyev küçəsi 138) təşkil olunacaq.

″Laçın″ İstirahət Kompleksi və Laçın Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin dəstəyi ilə keçiriləcək yarmarkada Laçın rayonu üzrə həmin müəssisələrə aid növbə rəisi, baş mühasib, kargüzar, təsərrüfatçı, qəssab və s. iş yerləri üzrə vakansiyalar təqdim ediləcək.

Aktiv məşğulluq tədbirində bu vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930