Şirvanda çətənə kolları yetişdirən səxş saxlanılıb

Şirvan Şəhər Polis Şöbəsin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Camal Babayev saxlanılıb.
Azturkxeber.az xəbər verir ki, onun yaşadığı ünvana baxış zamanı aqrotexniki qaydada qulluq edilərək yetişdirilən 22 ədəd çətənə kolu və 10 kiloqrama yaxın marixuana aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: