azturkxeber.az
http://azturkxeber.az

Bakıda çətənə kolu yetişdirilən istixana aşkarlanıb

18-07-2025

Bakıda çətənə kolu yetişdirilən istixana aşkarlanıb VİDEO

Bakı şəhərində narkotik tərkibli bitkilərin istixana şəraitində aqrotexniki qaydada qulluq edilərək yetişdirilməsinə qarşı polis əməkdaşları tərəfindən xüsusi əməliyyat həyata keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsi 30-cu polis şöbəsinə Maştağa qəsəbəsində yerləşən bağ sahələrinin birində narkotik tərkibli çətənə kollarının əkildiyi barədə əməliyyat məlumatı daxil olub. Həmin ünvan dərhal əməliyyat nəzarətinə götürülüb. Toplanan sübutlar əsasında həmin bağ evində yerləşən istixanada pomidor yetişdirilməsi adı altında çətənə kollarının əkildiyi müəyyən olunub.

Şöbə əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan 35 yaşlı Rəşad Həsənov saxlanılıb. Həmin şəxsə məxsus istixanaya baxış zamanı yaş halda çəkisi 881 kiloqram 415 qram olan 2 min 66 ədəd narkotik tərkibli çətənə kolu və 485 qram marixuana aşkarlanıb. Saxlanılan şəxs narkotik tərkibli bitkiləri satmaq məqsədi ilə əkdiyini və istixanada çətənə kollarının münbit şəraitdə yetişməsi üçün xüsusi damla-suvarma sistemi qurduğunu bildirib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. R.Həsənov saxlanılaraq təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub. Onun cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031