Şirvanda çətənə kolları yetişdirən iki nəfər saxlanılıb

Şirvan Şəhər Polis Şöbəsin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri ilə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Şəhriyar Aslanlı və Salman Həsənov saxlanılıblar.
Azturkxeber.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, əraziyə keçirilən baxış zamanı aqrotexniki qaydalarla qulluq edilərək yetişdirilmiş 52 ədəd çətənə kolu aşkarlanıb.
Ş.Aslanlı və S.Həsənovun çətənə kollarını ötən ay əkərək xüsusi qulluq göstərdikləri məlum olub.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: