azturkxeber.az
http://azturkxeber.az

Neftçalada narkotik tərkibli bitkilər becərən şəxslər saxlanılıb

18-06-2025

Neftçalada narkotik tərkibli bitkilər becərən şəxslər saxlanılıb

Neftçala Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan 55 yaşlı Ariz Hüseynov saxlanılıb.

Həmin şəxsin yetişdirdiyi 562 ədəd çətənə kolu aşkar olunub. Saxlanılan şəxs narkotik tərkibli bitkiləri aprel ayında əkdiyini və aqrotexniki qulluq göstərərək yetişdirdiyini bildirib.

Bundan əlavə, narkotik tərkibli bitkilər yetişdirən daha 6 nəfər də saxlanılıb. Həmin şəxslərdən müxtəlif çəkilərdə marixuana və çətənə kolları aşkarlanıb.

Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2025    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30