azturkxeber.az
http://azturkxeber.az

İyun ayında Bakı metrosundan 18 milyondan çox sərnişin istifadə edib

03-07-2026

İyun ayında Bakı Metropoliteni ilə 18 milyondan çox sərnişin səfər edib. Bu, ötən ilin eyni ayı ilə müqayisədə sərnişindaşıma göstəricisinin 6,9 faiz artdığını göstərir.

"Bakı Metropoliteni" QSC-dən bildirilib ki, ay ərzində ən çox sərnişin qəbul edən stansiya 1 milyon 711 min 203 nəfər göstərici ilə "Koroğlu" stansiyası olub.

İyunun 1-i isə 752 min 703 sərnişin daşınmaqla ayın ən yüksək sərnişindaşıma göstəricisinin qeydə alındığı gün olub.

Hesabat dövründə NFC və QR bilet vasitəsilə, ümumilikdə, 9 milyon 366 min 674 ödəniş həyata keçirilib. Bu göstərici metrodan ödənişli istifadə edən sərnişinlərin 51,9 faizini təşkil edib.

Bununla yanaşı, "Əlçatan metro" xidməti çərçivəsində 161 sifariş icra olunub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə xidmətdən istifadə edən sərnişinlərin sayının 75 faiz artdığını göstərir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031