Naib Əlizadə şəhid Tağı Abdullazadənin ailəsini ziyarət edib

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Naib Əlizadə 2020-ci ildə Xocavənd rayonu Tuğ kəndi uğrunda gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalan Tağı Abdullazadənin ailəsini ziyarət edib.
Azturkxeber.az xəbər verir ki, Naib Əlizadə şəhid Tağı Abdullazadənin vətənə əmanət övladı Yusuf Abdullazadənin doğum günündə iştirak edib, təbriklərini çatdırıb.
Prezident İlham Əliyevin Sərəncamları ilə şəhid Tağı Abdullazadə III dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Hərbi xidmətlərə görə”, “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Görüş zamanı şəhidlərimizin əziz xatirəsinin daim qəlbimizdə yaşayacağı vurğulanıb. Dövlət başçısının tapşırığına uyğun olaraq şəhid ailələri və müharibə veteranlarına göstərilən sosial dəstək tədbirlərindən də bəhs olunub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: