azturkxeber.az
http://azturkxeber.az

Şəhid mayor Elşən Orucovun və şəhid baş leytenant İlkin Muradlının ailələri ziyarət olunub

24-12-2025

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Elnar Hüseynov 2020-ci ildə Qubadlı rayonu istiqamətində gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalan mayor Elşən Orucovun və eyni ildə Şuşa şəhəri və Kəlbəcər rayonu istiqamətində gedən döyüşlər zamanı şəhid olan baş leytenant İlkin Muradlının ailələrini ziyarət edib.

Prezident İlham Əliyevin sərəncamları ilə şəhid, mayor Elşən Orucov "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı, "Əfqanıstanda döyüş əməliyyatlarının bitməsinin 25 illik xatirəsinə" medalı, "Azərbaycan Bayrağı" ordeni, "İgidliyə görə", "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", III dərəcəli "Qüsursuz xidmətə görə", "Zəngilanın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları, şəhid, baş leytenant İlkin Muradlı “Azərbaycan Ordusunun yaranmasının 100 illiyi” yubiley, III dərəcəli “Rəşadət” ordeni, “Döyüşdə fərqlənməyə görə”, “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunublar.

Görüş zamanı şəhidlərimizin əziz xatirəsinin daim qəlbimizdə yaşayacağı vurğulanıb. Dövlət başçısının tapşırığına uyğun olaraq şəhid ailələri və müharibə veteranlarına göstərilən sosial dəstək tədbirlərindən də bəhs olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
293031