azturkxeber.az
http://azturkxeber.az

Elnar Hüseynov Babək rayonunda yaşayan bir sıra şəhid ailələrini ziyarət edib

11-12-2025

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Elnar Hüseynov Babək rayonunda yaşayan, 1994-cü ildə şəhid olmuş Məhəmmədəli Yusifovun, 2020-ci ildə Füzuli rayonunda şəhid olmuş leytenant Şəhriyar Məmmədovun və eyni ildə Şuşa şəhərində gedən döyüşlər zamanı şəhidlik zirvəsinə yüksələn Ayaz İbrahimovun ailələrini ziyarət edib.

Prezident İlham Əliyevin sərəncamları ilə şəhid, leytenant Şəhriyar Məmmədov III dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda", "Xocavəndin azad olunmmasına görə" və "İgidliyə görə" medalları, şəhid Ayaz İbrahimov "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda", "İgidliyə görə", "Şuşanın azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunublar.

Görüş zamanı şəhidlərimizin əziz xatirəsinin daim qəlbimizdə yaşayacağı vurğulanıb. Dövlət başçısının tapşırığına uyğun olaraq şəhid ailələri və müharibə veteranlarına göstərilən sosial dəstək tədbirlərindən də bəhs olunub.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
293031