azturkxeber.az
http://azturkxeber.az

Füzulidə şəhidlərin xatirəsi anılıb

10-10-2025

Füzulidən olan üç şəhidin anım günündə məzarları ziyarət olunub. Müqəddəs amal uğrunda şəhadətə ucalan şəhidlərin şərəfli həyatından bir daha söhbət açılıb. Torpaqlarımızın azad edilməsi üçün canlarını fəda edən şəhidlərimizin xatirəsinin hər zaman uca tutulduğu bir daha diqqətə çatdırılıb.

Şəhidlərin anım mərasimində ailə üzvləri ilə bərabər rayon icra hakimiyyətinin əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin nümayəndələri, təhsil və mədəniyyət işçiləri, şəhid ailələri, qazilər, kənd sakinləri və ziyalılar iştirak ediblər.

X X X

Qurbanov Büsat Əfsər oğlu 2000-ci il sentyabrın 10-da Füzuli rayonunun Aşağı Kürdmahmudlu kəndində dünyaya göz açıb. Büsat orta məktəb illərində də vətənpərvərliyi ilə seçilib. Ruh yüksəkliyi ilə hərbi xidmətə yollanan Büsat hərbi xidmətini bitirdikdən sonra yenidən orduda qalaraq, müddətdən artıq həqiqi hərbi qulluqçu kimi Vətənin keşiyində dayanıb.

Döyüşlər başlayan ilk gündən Vətən müharibəsində iştirak edən Büsat igidliyi və qəhrəmanlığı ilə seçilib. Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşaraq düşmən sədlərinin yarılmasında və kəndlərin azad olunmasında iştirak edib. Büsat Füzuli uğrunda gedən gərgin döyüşlər zamanı oktyabrın 10-da şəhidlik zirvəsinə ucalıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən Büsat Qutbanov ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Cəsur döyüşcü medalları ilə təltif olunub.

X X X

Əliyev Elsəfa Səməd oğlu 1978-ci il noyabrın 10-da Füzuli rayonunun Mahmudlu kəndində dünyaya gəlib. Ən böyük arzusu gələcəyin hərbçisi kimi Vətənin keşiyində dayanmaq olub. Bu istəklə Elsəfa həqiqi hərbi xidmətini bitirdikdən sonra müddətdən artıq hərbçi olaraq fəaliyyətini davam etdirib. Xidməti dövründə "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli, "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" və "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" yubiley medalları ilə təltif edilib. Vətən müharibəsində iştirak edən Elsəfa Cəbrayıl və Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmanlığı ilə seçilib. Cəbrayıl rayonu istiqamətində gərgin döyüşlər zamanı qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən Elsəfa Əliyev ölümündən sonra "Azərbaycan bayrağı" ordeni və "Vətən uğrunda", "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.

X X X

Hacıyev Toğrul Rüfət oğlu əslən Füzuli rayonu Aşağı Seyidəhmədli kəndindən olan və Bakıda məskunlaşan məcburi köçkün ailəsində 1996-cı il dekabrın 24-də dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Milli Konservatoriyasında magistr pilləsinə qədər ali musiqi təhsil alıb. 2020-ci ildə isə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətə yollanıb. Vətən müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdə iştirak edib. Toğrul Hacıyev oktyabrın 10-da qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən Toğrul Hacıyev ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşcü", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031