Naib Əlizadə bir sıra şəhid ailələrini ziyarət edib və şəhid Mərhəmət Əhmədovun vətənə əmanət övladının doğum günündə iştirak edib

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyəti sədrinin müavini, İdarə Heyəti sədri vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edən Naib Əlizadə Şərur rayonundan olan, 1993-cü ildə şəhid olmuş Teymur Vəliyevin, 2000-ci ildə Ordubad rayonunda şəhid olmuş Şövqü Əsədovun və 2020-ci ildə Şuşa rayonu istiqamətində gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalan Mərhəmət Əhmədovun ailələrini ziyarət edib.
Naib Əlizadə şəhid Mərhəmət Əhmədovun vətənə əmanət övladı Dünyamin Əhmədovun doğum günündə iştirak edib, təbriklərini çatdırıb.
Prezident İlham Əliyevin sərəncamları ilə şəhid Mərhəmət Əhmədov III dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Hərbi xidmətlərə görə”, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.
Görüş zamanı şəhidlərimizin əziz xatirəsinin daim qəlbimizdə yaşayacağı vurğulanıb. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq şəhid ailələri və müharibə veteranlarına göstərilən sosial dəstək tədbirlərindən də bəhs olunub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: