azturkxeber.az
http://azturkxeber.az

Xorvatiya nümayəndə heyəti Milli Müdafiə Universitetinin hərbi təhsil müəssisələrini ziyarət edib

03-07-2026

Ölkəmizdə səfərdə olan Xorvatiyanın Müdafiə Nazirliyinin Müdafiə Akademiyasının dekanı polkovnik Goran Huljev, "Katarina Zrinska" adına Xarici Dillər Mərkəzinin direktoru İrina Prifi Duriç və digər nümayəndə heyəti Milli Müdafiə Universitetinin (MMU) tabeliyində fəaliyyət göstərən Hərbi İdarəetmə İnstitutunu və Heydər Əliyev adına Hərbi İnstitutu ziyarət edib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, keçirilən görüşlərdə Azərbaycan ilə Xorvatiya arasında hərbi təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri, hərbi kadrların hazırlanması, qarşılıqlı təcrübə mübadiləsi və gələcək birgə fəaliyyət istiqamətləri müzakirə olunub. Nümayəndə heyətinə hər iki təhsil müəssisəsinin tarixi, tədris prosesi və maddi-texniki bazası barədə ətraflı məlumat verilib, qonaqlar tədris infrastrukturu ilə yaxından tanış olublar.

Səfər çərçivəsində hər iki ölkənin nümayəndələri hərbi təhsil sistemi və təhsil müəssisələrinin fəaliyyəti, eləcə də bu sahədə tətbiq olunan müasir yanaşmalar barədə qarşılıqlı brifinqlər təqdim edib, iştirakçıları maraqlandıran sualları cavablandırıblar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031