Qazaxıstanda 700 MVt gücündə yeni elektrik stansiyasının tikintisinə start verilib

Qazaxıstanın Kurçatov şəhərində 700 MVt gücündə yeni kondensasiya elektrik stansiyasının tikintisinə başlanılıb.
Azturkxeber.az Qazaxıstan Respublikası Energetika Nazirliyinə istinadla xəbər verir ki, layihə çərçivəsində stansiyanın təməlinə vaxt kapsulunun qoyulması mərasimi keçirilib.
Yeni elektrik stansiyasının tikintisi ölkənin enerji təhlükəsizliyini gücləndirmək, elektrik şəbəkəsində enerji çatışmazlığı riskini minimuma endirmək, sənayenin inkişafı və regiona investisiya cəlb etmək üçün əlavə şərait yaratmaq məqsədi daşıyır.
Bu strateji layihənin 2026-2032-ci illərdə başa çatdırılması planlaşdırılır.
Layihə göstəricilərinə görə, stansiya işə düşdükdən sonra illik elektrik enerjisi istehsalı 5 milyard kVt/saata çatacaq və bu da regionun sənaye potensialını əhəmiyyətli dərəcədə artıracaq.
Qazaxıstan səkkiz yeni elektrik stansiyasının tikintisi də daxil olmaqla, 7,8 QVt yeni və təkmilləşdirilmiş güclərin istismara verilməsini planlaşdıran kömürlə işləyən elektrik enerjisi istehsalının inkişafı üzrə Milli Layihəni qəbul edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: