Özbəkistan Gürcüstanla əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəldib
Özbəkistan Respublikasının Prezidentinin Tbilisiyə dövlət səfəri əsnasında aparılan danışıqların yekununa dair Prezident Şavkat Mirziyoyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidze “Strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında” Bəyannamə imzalayıblar.
Azturkxeber.az rəsmi UZA agentliyinə istinadla xəbər verir ki, nümayəndə heyətləri rəhbərlərinin iştirakı ilə bir sıra ikitərəfli sənədlərin mübadiləsi də aparılıb. Bunlara gömrük məsələlərində əməkdaşlıq və inzibati yardım, informasiya və kommunikasiya texnologiyaları və rəqəmsallaşma sahəsində əməkdaşlıq, peşə və ali təhsil, elm və innovasiya sahəsində əməkdaşlıq haqqında sazişlər, həmçinin Özbəkistan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında 2026-2027-ci illər üçün əməkdaşlıq proqramı, digər sənədlər daxildir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: