azturkxeber.az
http://azturkxeber.az

Nyu-Yorkun ən böyük çimərliyi köpəkbalıqlarına görə bağlana bilər

03-07-2026

Nyu-Yorkun ən böyük çimərliyi köpəkbalıqlarına görə bağlana bilər

ABŞ-nin Nyu-York şəhərindəki Rokuey çimərliyi bağlana bilər.

Azturkxeber.az “FOX News”a istinadən xəbər verir ki, buna səbəb sahilə yaxın hissədə köpəkbalıqlarının müşahidə edilməsidir.

İyulun 2-də şəhərin ən böyük çimərliyinin yaxınlığında bir neçə köpəkbalığı peyda olub.

Qeyd edək ki, Nyu-Yorkda son günlər havanın temperaturu 38 dərəcəyə qədər yüksəlib. Yerli hakimiyyət orqanları şəhər daxilində soyutma mərkəzlərinin açılmasına dair göstəriş verib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031