Milli Məclisdə görüş



İyulun 3-də Milli Məclisin Şimali Kipr Türk Cümhuriyyəti ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Beynəlxalq Səhiyyə Menecmenti Konqresində iştirak etmək məqsədilə ölkəmizə səfərdə olan Şimali Kipr Türk Cümhuriyyətinin Səhiyyə naziri Hakan Dinçyürek və Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin üzvü Ahmet Savaşan ilə görüşüb.
Azturkxeber.az xəbər verir ki, Milli Məclisin Şimali Kipr Türk Cümhuriyyəti ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev qonaqları Azərbaycan parlamentində salamlamaqdan məmnunluğunu ifadə edərək, Azərbaycan ilə ŞKTC arasında münasibətlərin qarşılıqlı etimad, dostluq və qardaşlıq prinsipləri əsasında bütün istiqamətlər üzrə uğurla inkişaf etdiyini bildirib.
Görüşdə vurğulanıb ki, bu gün səhiyyə sahəsi iki ölkə arasında əməkdaşlıq üçün böyük potensiala malik istiqamətlərdən biridir. Bildirilib ki, tibb mütəxəssislərinin qarşılıqlı səfərləri, peşəkar təcrübə mübadiləsi, birgə elmi-tibbi layihələrin həyata keçirilməsi və müasir səhiyyə idarəçiliyi sahəsində əməkdaşlığın genişləndirilməsi hər iki tərəf üçün faydalı nəticələr verə bilər.
ŞKTC-nin səhiyyə naziri Hakan Dinçyürek göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirərək gələcəkdə həyata keçiriləcək qarşılıqlı təcrübə mübadiləsi və birgə təşəbbüslərin səhiyyə sahəsində əlaqələrin daha da möhkəmlənməsinə mühüm töhfə verəcəyini söyləyib.
Görüşdə Milli Məclisin Şimali Kipr Türk Cümhuriyyəti ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Musa Quliyev, Jalə Əliyeva, Hikmət Məmmədov və Azər Allahverənov, həmçinin Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin üzvü Ahmet Savaşan çıxış edərək Azərbaycan ilə ŞKTC arasında dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayıblar.
Çıxışlarda parlamentlərarası əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı səfərlərin intensivləşdirilməsi, iqtisadiyyat, investisiya və turizm sahələrində əməkdaşlığın inkişafı üçün mövcud potensialdan səmərəli istifadə edilməsinin vacibliyi qeyd olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: