ADY rəhbərliyi Rusiya və İranla dəmir yolu sahəsində əməkdaşlığın inkişafını müzakirə edib



Tərəflər dəhliz üzrə rəqəmsallaşma proseslərinin sürətləndirilməsi və müasir rəqəmsal həllərin tətbiqi istiqamətində əməkdaşlıq imkanlarını da nəzərdən keçiriblər.
Azturkxeber.az-ın məlumatına görə, sonda üçtərəfli görüşün yekunu üzrə protokol imzalanıb.
Rusiya dəmiryol administrasiyasının rəhbərliyi ilə görüşdə insan kapitalının inkişafı məsələləri də müzakirə olunub, ADY və RJD arasında kadr potensialının gücləndirilməsi üzrə fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində həmçinin Rusiyadakı yükgöndərənlərlə görüş keçirilib. Görüşdə ADY-nin Şərq–Qərb və Şimal–Cənub dəhlizləri ilə daşımalar üçün təqdim etdiyi təhlükəsiz və dayanıqlı xidmətlər barədə məlumat verilib. Şimal-Cənub marşrutu üzərində yerləşən Astara Terminalının genişlənən imkanları və yükaşırmalar üçün potensialı təqdim olunub.
Eyni zamanda, ADY-nin yükdaşımaların operativ idarə olunmasını və şəffaflığını təmin edən “Cargo Tracking” rəqəmsal platformasının imkanları və digər rəqəmsal həllər yük sahiblərinin diqqətinə çatdırılıb.
Tərəflər birgə təşəbbüslərin xüsusilə Şimal–Cənub Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafına töhfə verəcəyini qeyd edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: