azturkxeber.az
http://azturkxeber.az

Milli Kitabxanada “Bеynəlxalq Söz və Mətbuat Azadlığı Günü” adlı kitab sərgisi açılıb

03-05-2026

Milli Kitabxanada “Bеynəlxalq Söz və Mətbuat Azadlığı Günü” adlı kitab sərgisi açılıb

Milli Kitabxanada “Bеynəlxalq Söz və Mətbuat Azadlığı Günü” adlı kitab sərgisi açılıb.

Kitabxanadan bildirilib ki, sərgidə söz azadlığı və informasiya təhlükəsizliyi, söz azadlığı və informasiya hüququ, söz, fikir və mətbuat azadlığının təmin edilməsi haqqında sənədlər toplusu, dünyanın aparıcı ölkələrinin mətbu təcrübəsi, azad və düşüncə azadlığının tarixən necə təşəkkül tapması, virtual aləmdə etik normaların gözlənilməsi və s. haqqında Azərbaycan və xarici dillərdə ədəbiyyatlar nümayiş olunur.

3 may – Beynəlxalq Söz və Mətbuat Azadlığı Günü dünyada söz və mətbuat azadlığının əhəmiyyətini vurğulayan xüsusi bir gündür. Bu gün 1993-cü ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən təsis olunub və onun əsasında 1991-ci ildə Vindhuk şəhərində qəbul edilən Vindhuk Bəyannaməsi dayanır.

Hər il 3 may tarixində dünyanın müxtəlif ölkələrində konfranslar, seminarlar və tədbirlər keçirilir, media azadlığı ilə bağlı hesabatlar təqdim olunur və jurnalistlərin fəaliyyəti qiymətləndirilir. Bu gün, eyni zamanda, söz azadlığının qorunmasının hər bir insan üçün vacib olduğunu xatırladan əhəmiyyətli bir gündür.

Azərbaycanda söz və mətbuat azadlığını tənzimləyən hüquqi baza mövcuddur. Əsas hüquqi sənəd Azərbaycan Respublikasının Konstitusiyasıdır. Konstitusiyaya əsasən hər bir vətəndaşın fikir, söz və məlumat azadlığı təmin olunur, həmçinin senzura qadağan edilir.

Bundan əlavə, bu sahəni tənzimləyən bir sıra “Kütləvi informasiya vasitələri” haqqında, “Media haqqında”, “İnformasiya əldə etmək haqqında” qanunlar da mövcuddur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031