azturkxeber.az
http://azturkxeber.az

Sahibə Qafarova Cenevrədə Namibiya və Bosniya və Herseqovinanın parlament sədrləri ilə görüşüb

20-10-2025

Milli Məclisin sədri Sahibə Qafarova İsveçrənin Cenevrə şəhərində keçirilən Parlamentlərarası İttifaqın 151-ci Assambleyası çərçivəsində Namibiya Milli Assambleyasının sədri Saara Kuugongelva və Bosniya və Herseqovina Parlament Assambleyası Nümayəndələr Palatasının sədri Denis Zvizdic ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, görüşlərdə belə mühüm beynəlxalq tədbirlərin bir sıra qlobal problemlərin müzakirəsi və effektiv həlli yolları ilə bağlı təkliflərin irəli sürülməsi, həmçinin ikitərəfli əlaqələrin nəzərdən keçirilməsi üçün yaxşı platforma olduğu qeyd edilib.

Söhbətlər zamanı beynəlxalq parlament təşkilatlarında əməkdaşlığın əhəmiyyəti qeyd olunub. Xüsusilə, Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin fəaliyyəti yüksək qiymətləndirilərək, təşkilatın institusional inkişafı və beynəlxalq nüfuzunun artırılması istiqamətində görülən işlər qeyd olunub.

Görüşlərdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031