azturkxeber.az
http://azturkxeber.az

Gənclər və idman naziri Fərid Qayıbov UNESCO-nun İdmanda dopinqə qarşı Beynəlxalq Konvensiyasına Tərəflər Konfransının 10-cu Sessiyasına (COP10) sədr seçilib

20-10-2025

Bu gün Paris şəhərində yerləşən UNESCO-nun baş qərargahında İdmanda dopinqə qarşı Beynəlxalq Konvensiyasına Tərəflər Konfransının 10-cu Sessiyası (COP10) fəaliyyətə başlayıb. Tədbirin ilk hissəsində Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov çıxış edib.

Sessiya çərçivəsində COP10 sədrliyinə seçkilər keçirilib. Səsvermə nəticəsində gənclər və idman naziri Fərid Qayıbov səs çoxluğu ilə seneqallı həmkarı Xadı Dien Qaya qalib gələrək UNESCO-nun İdmanda dopinqə qarşı Beynəlxalq Konvensiyasına Tərəflər Konfransının 10-cu Sessiyasının (COP10) sədri seçilib.

Xatırladaq ki, nazir Fərid Qayıbov 2022-ci ildə UNESCO-nun Bədən Tərbiyəsi və İdman üzrə Hökumətlərarası Komitəsinin (CİGEPS) sədri, 2023-cü ildə isə UNESCO-nun İdmanda dopinqə qarşı Beynəlxalq Konvensiyasına Tərəflər Konfransının 9-cu Sessiyasının (COP9) sədr müavini seçilmişdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031