azturkxeber.az
http://azturkxeber.az

İlahiyyat İnstitutunun tələbələri təhsillərini Türkiyədə davam etdirəcəklər

19-02-2025


Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) tələbələri təhsillərini 2024/2025-ci tədris ilinin yaz semestri ərzində Türkiyə Respublikasının İstanbul 29 Mayıs Universitetində davam etdirəcəklər.

Aİİ-dən bildirilib ki, mübadilə İstanbul 29 Mayıs Universiteti ilə Azərbaycan İlahiyyat İnstitutu arasında 2018-ci ildə imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində həyata keçirilir.

Əməkdaşlıq müqaviləsinə əsasən, artıq dördüncü tələbə mübadiləsi çərçivəsində Aİİ-nin dinşünaslıq ixtisasının III kurs tələbələri – Sadiq Babayev və Murad Feyzullayev İstanbul 29 Mayıs Universitetində bir semestr ərzində təhsil alacaqlar.

İstanbul 29 Mayıs Universitetində rektor Mustafa Sinanoğlunin, İdarə Heyətinin sədri Tayyar Altıkulaçın tələbələrlə və Aİİ-nin xarici əlaqələr üzrə mütəxəssisi Şəms Bağırova ilə görüşü təşkil olunub. Görüşdə hər iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq əlaqələrinin mövcud vəziyyətindən məmnunluq ifadə olunub. Bu əlaqələrin gələcəkdə daha da inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Daha sonra Aİİ-nin nümayəndə heyətinin İstanbul 29 Mayıs Universiteti İlahiyyat fakültəsinin dekanı Ahmet Yücel, Tələbələrə dəstək şöbəsinin müdiri və Oğlan tələbə yataqxanasının müdir müşaviri Ahmet Ali Tonyalı ilə görüşü keçirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728