Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Bakı Dövlət Universitetinin birgə əməkdaşlığı ilə konfrans keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Bakı Dövlət Universitetinin birgə əməkdaşlığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qızların təhsil hüququ” mövzusunda konfrans keçirilib.
Məqsəd “Gənc qızların təhsilinə dəstək” layihəsinin əhatə dairəsini genişləndirmək, təhsil ocaqlarında, akademik dairələrdə daha geniş auditoriyanın diqqətini qızların təhsilinə cəlb etmək, onların ictimai-sosial fəallığının artırılmasına dəstək olmaqdır.
Qeyd edək ki, konfransda dövlət və hökumət nümayəndələri, millət vəkilləri, ali təhsil müəssisələrinin rektorları, eləcə də layihə benefisiarları iştirak edib.