azturkxeber.az
http://azturkxeber.az

Bahar Muradova: Qarşımızda daha yaxşı cəmiyyət quruculuğu dayanır

21-02-2025

Bahar Muradova: Qarşımızda daha yaxşı cəmiyyət quruculuğu dayanır


Azərbaycanın müstəqillik illərində keçdiyi yolu böyük qürur hissi ilə xatırlayıram. Bu illər ərzində problemlərimizi, imkanlarımızı və resurslarımızı düzgün qiymətləndirərək inkişaf yolunda mühüm addımlar atmışıq. Bütün resurslar içərisində tükənməz və daim inkişafa təkan verən əsas amil insan kapitalıdır.

Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Yüksəliş” müsabiqəsi tərəfindən keçirilən “Gələcəyə baxış: yeni reallıqlar şəraitində suverenliyin möhkəmləndirilməsi” Forumunda deyib.

O bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra dövlət quruculuğu prosesində mühüm nailiyyətlər əldə edib: “30-35 il əvvəl hüquqlarımız olsa da, onların təsbiti və təmin olunması üçün zəruri hüquqi baza mövcud deyildi. Azərbaycan xalqı, xüsusilə fəal gənclər bu prosesdə mühüm rol oynadılar. Bu gün geri baxaraq görürük ki, biz hədəflərimizə çata bilmişik, iqtisadi imkanlarımız genişlənib, hüquq sistemimiz möhkəmlənib, sosial rifah yüksəlib. Qarşımızda daha yaxşı cəmiyyət quruculuğu dayanır və bu proses davamlıdır”.

Komitə sədri, həmçinin vurğulayıb ki, dövlət və vətəndaş cəmiyyəti arasında qarşılıqlı əlaqə inkişafın əsas şərtidir: “Azərbaycan dövlətinin üzərinə götürdüyü öhdəliklərin icrasında hər bir vətəndaş, hər bir ailə mühüm rol oynamalıdır. Dövlətin vətəndaş qarşısında məsuliyyəti, onun rifahının yüksəldilməsi istiqamətində həyata keçirilən proqramlar mühüm əhəmiyyət daşıyır. Hakimiyyətin bütün qanadları, vətəndaş cəmiyyəti və media bu prosesdə fəal iştirak edir. Eyni zamanda, müxtəlif fikirlərin və tənqidi yanaşmaların olması da cəmiyyətin inkişafına xidmət edir”.

Bahar Muradova çıxışının sonunda Azərbaycanın əldə etdiyi uğurların ölkənin beynəlxalq aləmdə mövqeyini daha da gücləndirdiyini vurğulayıb: “Bu gün bizi milli kimliyimiz və ailə dəyərlərimiz birləşdirir. Hesab edirəm ki, Azərbaycan dövlətinin əldə etdiyi bütün nailiyyətlər onun gələcəkdə daha böyük uğurlar qazanmasına imkan yaradır”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728