azturkxeber.az
http://azturkxeber.az

Qobustanda keçirilən əməliyyatda xeyli silah-sursat tapılıb

22-02-2025

Qobustanda keçirilən əməliyyatda xeyli silah-sursat tapılıb - FOTO

Ədliyyə Nazirliyi Penitensiar xidməti və Daxili İşlər Nazirliyinin əməkdaşları birgə əməliyyat-axtarış tədbiri keçirib.

PX-dən  verilən məlumata görə, əməliyyat-axtarış tədbiri nəticəsində İbadov Vaqif İmanxan oğluna məxsus 1 ədəd lüləsi və qundağı kəsik ov tüfəngi, 2 ədəd F-1 markalı əl qumbarası, 1 ədəd UZRQM partladıcısı, 1171 ədəd müxtəlif kalibrli patron və 1 ədəd siqnal tapançası Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisində dəmiryolunun kənarında sahibsiz tikilinin yaxınlığında aşkar edilərək götürülüb.

Əl qumbaraları Fövqəladə Hallar Nazirliyinin Xüsusi riskli xilasetmə xidmətinin əməkdaşları tərəfindən zərərsizləşdirilib.

Faktla bağlı araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728