azturkxeber.az
http://azturkxeber.az

ABŞ BMT-dən çıxmaq istiqamətində ilk addım atıb

21-02-2025

ABŞ BMT-dən çıxmaq istiqamətində ilk addım atıb


Respublikaçı senatorlar ABŞ-ın BMT-dən tamamilə çıxması haqqında qanun layihəsi təqdim ediblər.

Bu barədə layihə müəlliflərindən biri olan Mayk Linin saytında dərc olunmuş sənədin mətnində deyilir. Layihədə qeyd olunur ki, Prezident Birləşmiş Millətlər Təşkilatına və ona rəsmi şəkildə bağlı olan bütün orqanlara, ixtisaslaşmış qurumlara, komissiyalara və digər orqanlara Birləşmiş Ştatların üzvlüyünü ləğv etməlidir.

Qanun layihəsi BMT və onun agentlikləri üçün maliyyənin kəsilməsini, ölkənin təşkilatın sülhməramlı missiyalarında iştirakdan imtinasını, Senatın razılığı olmadan ona yenidən daxil olmağın qadağan edilməsini nəzərdə tutur.

Senator Li “Fox” telekanalına deyib ki, təşkilat “ABŞ və onun müttəfiqlərinə hücum etmək” üçün “tiranların platformasına” çevrilib. O, Vaşinqtonun maraqlarını zərbə altında qoyan, Birləşmiş Ştatların əleyhdarlarını gücləndirmək üçün pul xərcləyən BMT-nin maliyyələşdirilməsinə son qoymağa çağırıb.

Mayk Li, həmçinin BMT-nin bu illər ərzində bütün diqqət və pula baxmayaraq, müharibələrin, insan hüquqlarının pozulmasının və pandemiyaların qarşısını ala bilmədiyini də vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728