azturkxeber.az
http://azturkxeber.az

NDU-nun rektoru “Açıq mikrofon” layihəsi çərçivəsində tələbələrlə görüşüb

22-02-2025


Naxçıvan Dövlət Universitetinin “Açıq mikrofon” layihəsinin növbəti qonağı ali təhsil ocağının rektoru Elbrus İsayev olub.

Universitetin Media və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, layihə çərçivəsində rektor dördüncü dəfə universitet tələbələri ilə görüşüb. Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçirilən görüşdə universitet rəhbərliyi, müəllim heyəti, həmçinin tələbələr iştirak ediblər.

Görüşdə rektor Elbrus İsayev belə göüşlərin təşkilini yüksək qiymətləndirib, bu cür platformaların idarəetmədə operativlik, universitet-tələbə münasibətlərində müraciətlərin çevik cavablandırma əhəmiyyəti daşıdığını bildirib. Tələbə kontingentinin 10 minə yaxın olduğuna diqqət çəkərək, NDU-da tələbəyönümlü böyük layihələrin həyata keçirildiyini və bu prosesdə də hədəf auditoriyanın tələbələr olduğunu qeyd edib.

Rektor tələbələrin hərtərəfli inkişafı üçün bu il də bir çox layihələrin nəzərdə tutulduğunu, xüsusilə universitet kampusunun yeni dizaynda təşkil olunacağını, sosial tədbirlər üçün məkanların tikiləcəyini, idman tədbirlərinin geniş vüsət alacağını vurğulayıb. Eyni zamanda tibb ixtisası ilə bağlı gözlənilən yeniliklərdən, ikili diplom layihələrinin tələbələrə təklif etdiyi geniş imkanlardan bəhs edib.

Rektor vurğulayıb ki, NDU hazırda inkişaf edir. Qlobal reytinqlər qarşıya çox böyük vəzifələr qoyur və bu vəzifələr rəqabət mühitində mütləq icra edilməli, daha keyfiyyətli tələbə kontingentinə nail olunmalıdır. Ötən ilin statistikası göstərir ki, son illərdə NDU-da yüksək ballı qəbul faizləri dəfələrlə artıb.

Tələbələrin universitetin elmi və tədris göstəricilərinin yüksəlişində xüsusi rolu olduğunu qeyd edən rektor Elbrus İsayev bu kimi tədbirlərin davamlı xarakter alacağını bildirib. Tələbələrlə dərslərdə, auditoriyalarda, müxtəlif tədbirlərdə mütəmadi olaraq görüşlərin keçirildiyini, universitetin rəsmi internet saytında “Rektora müraciət” bölməsi üzərindən də şikayət və təkliflərin qəbul edildiyini diqqətə çatdırıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728