azturkxeber.az
http://azturkxeber.az

Belçika nümayəndə heyəti ilə görüş keçirilib

21-02-2025

 

Görüş zamanı tərəflər arasında ticarət və investisiya tərəfdaşlığının gücləndirilməsi məqsədilə birgə fəaliyyətin genişləndirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyində – AZPROMO-da Belçika nümayəndə heyəti ilə görüş keçirilib. Nümayəndə heyəti Belçikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Culyen de Frepo və Belçika-Azərbaycan Ticarət Palatasının sədri Stef Qoris ilə təmsil olunub.

AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı layihələr barədə məlumat verərək bu təşəbbüslərdə Belçika şirkətlərinin iştirak perspektivlərinə toxunub. Həmçinin Azərbaycanın ixrac potensialı və Belçika bazarına çıxış imkanları da qeyd edilib.

Belçikanın Azərbaycandakı səfiri Culyen de Frepo və Belçika-Azərbaycan Ticarət Palatasının sədri Stef Qoris Belçikada Azərbaycan biznesi üçün əlverişli şərait yaratmaq, iş adamları arasında əlaqələri gücləndirmək və investisiya qoyuluşunu təşviq etmək məqsədilə müxtəlif tədbirlər həyata keçirildiyini bildiriblər.

Görüşün sonunda tərəflər qarşılıqlı səfərlərin və işgüzar missiyaların təşkil olunmasının əməkdaşlığın daha da dərinləşdirilməsi baxımından vacib olduğunu vurğulayıblar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728