azturkxeber.az
http://azturkxeber.az

Qazaxıstanla Çin arasında dəmir yolu daşımalarının həcmi 18 faiz artıb

21-02-2025

Qazaxıstanla Çin arasında dəmir yolu daşımalarının həcmi 18 faiz artıb


Cari ilin yanvar ayında Qazaxıstan ilə Çin arasında dəmir yolu daşımalarının həcmi 2,8 milyon tona çatıb ki, bu da 2024-cü ilin analoji dövrü ilə müqayisədə 18 faiz çoxdur.

Azturkxeber.az “Qazaxıstan demir yolu” SC-nin mətbuat xidmətinə istinadla xəbər verir ki, “Dostuk” sərhəd-keçid məntəqəsi ilə daşımalarda 12 faiz artım qeydə alınıb və 1,5 milyon tona çatıb. “Altınkol” keçidi ilə 1,3 milyon ton yük daşınıb ki, bu da ötən ilin yanvar ayı ilə müqayisədə 25 faiz çoxdur.

Qazaxıstan mallarının Çinə ixracı 5 faiz artaraq 1,1 milyon ton təşkil edib. Metal filizlərinin daşınması 5 faiz (652 min ton), qara metalların 77 faiz (104 min ton), neft məhsulları 50 faiz (32 min ton) və digər yüklərin (kəpək, qarışıq yem, bitki yağı) daşınması 30 faiz (215 min ton) artıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728