azturkxeber.az
http://azturkxeber.az

Moldova portalı: Ermənistan minaları səbəbindən Azərbaycanda hələ də insanlar ölür

21-02-2025

Moldova portalı: Ermənistan minaları səbəbindən Azərbaycanda hələ də insanlar ölür


Moldovanın “Noi.md” xəbər portalında Azərbaycanda mina təhlükəsinə dair geniş məqalə dərc edilib.

“Mina təhlükəsi: Azərbaycanda hələ də insanlar ölür!” sərlövhəli məqalədə ölkəmizin işğaldan azad edilən ərazilərində hələ də mövcud olan mina təhlükəSİNƏ toxunulub.

Jurnalist məqalədə qeyd edib ki, Moldovaya tanış olan minalanmış ərazilər problemi Azərbaycan üçün milli fəlakətə çevrilib, müharibə silahları indi dinc regiona ölüm və dağıntılar gətirməkdə davam edir.

“Xüsusi dövlət qurumu həftəlik məlumat verir ki, yüzlərlə mina təmizlənib, lakin təhlükə sovuşmayıb. Təkcə ilkin hesablamalara görə, işğal olunmuş ərazilərə 1,5 milyondan çox mina basdırılıb. Azərbaycan vətəndaşları hər həftə partlayıcı qurğuların aşkarlanması və minalardan təmizləmə prosesi ilə bağlı xəbərlərlə tanış olurlar. Məsələn, fevralın 10-dan 16-dək olan müddətdə Azərbaycan istehkamçıları 935,6 hektar ərazini təmizləyiblər, orada piyada əleyhinə 122, tank əleyhinə 51 mina və 306 partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib”, deyə müəllif qeyd edir.

Məqalədə o da bildirilir ki, Azərbaycana qarşı hərbi təcavüz başlayandan indiyədək 3500-ə yaxın insan minaların qurbanı olub, ölənlərin sayı 600-ü ötüb. Qurbanlar ağır xəsarətlər alıb, ömürlük əlil qalıb. Təəssüf ki, onların arasında yüzlərlə uşaq da var. Rəsmi Bakı mina təhlükəsi məsələsini bir neçə dəfə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb. 2022-ci ildə Kəlbəcər və Laçın rayonlarında piyada əleyhinə 2700-dən çox mina aşkar edilib. Onların üzərindəki işarələr minaların 2021-ci ildə Ermənistanda istehsal olunduğunu göstərirdi. Yəni, onların quraşdırılması 2020-ci ilin 44 günlük müharibəsindən sonra, Ermənistanın üzərinə götürdüyü bütün öhdəliklərin artıq qüvvədə olduğu vaxt baş verib. Azərbaycan Xarici İşlər Nazirliyi irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın (Azərbaycan Ermənistana qarşı) Haaqa Beynəlxalq Məhkəməsində tətbiqi ilə bağlı məhkəmə işi üzrə əlavə müvəqqəti tədbirlərin müəyyən edilməsi ilə bağlı Azərbaycanın iddiası çərçivəsində açıq dinləmələrin nəticələri ilə bağlı məlumat yayıb.

Məlumatda vurğulanır ki, Ermənistanın hərəkətləri irqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq Konvensiyanın və onun digər beynəlxalq qanunlardan irəli gələn öhdəliklərinin kobud şəkildə pozulmasıdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728