azturkxeber.az
http://azturkxeber.az

Allahverən İsmayılov: İnformasiya təhlükəsizliyi sahəsində daha böyük uğurlara imza atacağıq

21-02-2025

Allahverən İsmayılov: İnformasiya təhlükəsizliyi sahəsində daha böyük uğurlara imza atacağıq VİDEO


Bu gün informasiya təhlükəsizliyi bütün dünya dövlətlərinin, xüsusi xidmət orqanlarının bir nömrəli diqqət mərkəzində saxladıqları bir sahədir. Bu nöqteyi-nəzərdən, informasiya təhlükəsizliyinin hücumlardan, təhdidlərdən

qorunması hər bir dövlət orqanı kimi bizim xidmətin də çox vacib və əsas vəzifələrindən biridir.

Bu barədə jurnalistlərə açıqlaması zamanı Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəis müavini Allahverən İsmayılov deyib.

“Çünki biz bu sahədə mərkəzi icra hakimiyyəti rolunu orqanıyıq. Bu sahədə biz məsuliyyətimizi başa düşürük. Ona görə də ölkəmizdə informasiya təhlükəsizliyinin təmin olunması istiqamətində ciddi tədbirlər görülür. Gələcək illərdə biz informasiya təhlükəsizliyi sahəsində daha böyük uğurlara imza atacağıq”,- deyə A.İsmayılov vurğulayıb.

Ötən gün bir sıra media resursuna olan kiberhücumla bağlı Dövlət Xidmətinin rəis müavini deyib ki, belə hücumların qarşısı XRİTDX tərəfindən mütəmadi olaraq alınır: "Bu məsələlərdə diqqətli olmaq lazımdır. Açıq mənbələrdə elə bir məlumat yoxdur ki, informasiya təhlükəsizliyini təhdid etməsin. Amma xüsusi xidmət orqanları açıq mənbələrdə apardığı təhlil ilə külli miqdarda əməliyyat məlumatları əldə edir. Hər şeyə sadə baxmaq olmaz".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728