azturkxeber.az
http://azturkxeber.az

Qaxda bir ailənin 5 üzvü dəm qazından zəhərlənib

22-02-2025

Qaxda bir ailənin 5 üzvü dəm qazından zəhərlənib

Qax rayonunda bir ailənin 5 üzvü dəm qazından zəhərlənib.

Hadisə ötən gün axşam saatlarında rayonun Ləkit kəndində baş verib. 1986-cı il təvəllüdlü Vaqif Süleymanov, onun həyat yoldaşı 1988-ci il təvəllüdlü Röyanə Süleymanova və ailənin 15, 13, 7 yaşlı övladları zəhərlənmə əlamətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Onların evdə işıq generatorundan ayrılan dəm qazından zəhərlənmələri məlum olub. Zəhərlənən şəxslərə lazımi tibbi yardım göstərilib, bu gün xəstəxanadan evə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728