Azərbaycanın kitabxana fondlarında mühafizə olunan özbək bədii ədəbiyyatına dair biblioqrafiya nəşr edilib
Özbəkistanın Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə ilk dəfə tərtib edilən “Azərbaycanın kitabxana fondlarında mühafizə olunan özbək bədii ədəbiyyatı” biblioqrafiyası çapdan çıxıb.
Biblioqrafik kitabın tərtibçi-müəllifləri tarix üzrə fəlsəfə doktoru İradə Əlili və Azərbaycan Milli Kitabxanasının məsul əməkdaşı Jalə Məmmədovadır.
Kitab eyni soykökə, ortaq tarixə söykənən Azərbaycan və Özbəkistan xalqlarının ədəbi əlaqələrinə həsr edilib. Biblioqrafiyada özbək şair və yazıçılarının Azərbaycan dilinə tərcümə edilmiş kitabları, özbək ədibləri və onların əsərləri haqqında 1909-2024-cü illərdə nəşr olunmuş kitablar haqqında məlumat öz əksini tapıb. Nəşrdə, həmçinin özbək ədəbiyyatının Azərbaycanda tədqiq və təbliğ tarixi araşdırılıb. Materiallar Azərbaycan, özbək və rus dillərində verilib. Biblioqrafik vəsait ədəbiyyatşünaslar, Azərbaycan-Özbəkistan ədəbi əlaqələri ilə maraqlanan tədqiqatçılar, alimlər, kitabxanaçı-biblioqraflar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.