azturkxeber.az
http://azturkxeber.az

Azərbaycanın daha dörd boksçusu beynəlxalq turnirin yarımfinalına vəsiqə qazanıb

21-02-2025

Azərbaycanın daha dörd boksçusu beynəlxalq turnirin yarımfinalına vəsiqə qazanıb


Rumıniyada gənc boksçular arasında “Drakula Open” beynəlxalq turnirində 1/4 final mərhələsinin görüşləri keçirilib.

Boks Federasiyasından verilən məlumata görə, Azərbaycan millisinin daha 4 idmançısı qələbə qazanaraq yarımfinala vəsiqə qazanıb.

Yığma üzvlərindən Zidan Hümbətov (54 kiloqram) Roman Spakla (Moldova) qarşılaşıb. O, rəqibinə ikinci raundda tam üstünlüklə qalib gəlib. Hümbətov yarımfinalda Daniel Turcanla (Moldova) qüvvəsini sınayacaq.

Sübhan Babayev (57 kiloqram) Vasileios Vasileidası (Yunanıstan) mübarizədən kənarlaşdırıb. Təmsilçimiz 4:1 (29:28, 29:28, 29:28, 29:28, 28:29) hesabı ilə qələbə qazanıb. O, növbəti döyüşündə Maksim Çekinlə (Ukrayna) qarşılaşacaq.

Mircəlal Mirağayev (80 kiloqram) Alexandru Şurtdan (Rumıniya) üstün olub. Boksçu görüşün taleyini ilk raundda həll edib. Tam üstünlüklə qalib gələn Mirağayev finala gedən yolda George Balanla (Rumıniya) münasibətinə aydınlıq gətirəcək.

Məhəmməd Cəfərov (+92 kiloqram) da turnirə qələbə ilə başlayıb. O, ilk raundda Razvan Çiforu (Rumıniya) tam üstünlüklə məğlub edib. Təmsilçimiz növbəti görüşündə ukraynalı Volodimir Derkaçla gücünü yoxlayacaq.

Yarımfinala yüksələn Azərbaycan boksçuları özləri üçün azı bürünc medalı da təmin ediblər.

Qeyd edək ki, “Drakula Open”də final döyüşləri fevralın 23-də olacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728