azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan ilə Belçika arasında işgüzar missiyaların təşkili müzakirə olunub

21-02-2025

Azərbaycan ilə Belçika arasında işgüzar missiyaların təşkili müzakirə olunub


İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-da Belçikanın Azərbaycandakı səfiri Julyen de Frepo və Belçika-Azərbaycan Ticarət Palatasının sədri Stef Qorisin təmsil olunduğu nümayəndə heyəti ilə görüş keçirilib.

AZPROMO-dan bildirilib ki, qurumun icraçı direktoru Yusif Abdullayev Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı layihələr barədə məlumat verərək, bu təşəbbüslərdə Belçika şirkətlərinin iştirak perspektivlərinə toxunub. Həmçinin Azərbaycanın ixrac potensialı və Belçika bazarına çıxış imkanları da qeyd edilib.

Belçikanın Azərbaycandakı səfiri Julyen de Frepo və Belçika-Azərbaycan Ticarət Palatasının sədri Stef Qoris Belçikada Azərbaycan biznesi üçün əlverişli şərait yaratmaq, iş adamları arasında əlaqələri gücləndirmək və investisiya qoyuluşunu təşviq etmək məqsədilə müxtəlif tədbirlər həyata keçirildiyini bildiriblər.

Görüşün sonunda tərəflər qarşılıqlı səfərlərin və işgüzar missiyaların təşkil olunmasının əməkdaşlığın daha da dərinləşdirilməsi baxımından vacib olduğunu vurğulayıblar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728