azturkxeber.az
http://azturkxeber.az

ABŞ G7-nin bəyanatında Rusiyanın “təcavüzkar” adlandırılmasına qarşı çıxıb

21-02-2025

ABŞ G7-nin bəyanatında Rusiyanın “təcavüzkar” adlandırılmasına qarşı çıxıb


ABŞ G7 qrupunun bəyanatında Rusiyanın “təcavüzkar” adlandırılmasına qarşı çıxıb.

Azturkxeber.az bu barədə “The New York Times” nəşrinə istinadla xəbər verir.

Vaşinqtonun bu addımı ABŞ Prezidenti Donald Trampın bu həftənin əvvəlində Rusiya ilə müharibəyə başlayan ölkənin Ukrayna olduğunu bəyan etməsindən sonra atılıb.

G7-nin yüksəkrütbəli rəsmisi Kanadanın Ukraynaya dəstək bəyanatının ilk layihəsini digər altı üzv dövlətə yaydığını bildirib. Ottava G7-yə sədrlik etdiyi üçün layihənin hazırlanmasına liderlik edib. Öz növbəsində, ABŞ tərəfi bu həftə ilk layihəni nəzərdən keçirib və Ukraynanın lehinə olan bütün istinadları çıxarıb. Nəticədə sənəd layihəsində münaqişədə təcavüzkar kimi Rusiya və ya işğalın qurbanı kimi Ukrayna qeyd olunmayıb, Vaşinqton bu məsələdə bitərəf olub.

Hazırda “Rusiyanın Ukraynaya təcavüzü ilə başlayan dağıdıcı müharibəni” təsvir edən, lakin 2022-ci ildən bəri G7-nin bəyanatlarında yer alan “Rusiyanın təcavüzü” və ya “təcavüzkarlar” sözlərindən istifadə olunmayan layihədə diplomatlar dil üzərində işləməyə davam edir.

Adının açıqlanmasını istəməyən G7-nin rəsmisi bildirib ki, mətnin hazırlanması və müzakirəsi bazar ertəsi gününə qədər davam edə bilər.

“Reuters”in məlumatına görə, Birləşmiş Ştatlar, həmçinin BMT Baş Assambleyasının Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyən və Rusiyanın təcavüzünü pisləyən qətnamə layihəsinin birgə sponsorluğundan imtina edir. Hazırkı layihədə etibarlı təhlükəsizlik təminatlarının və Ukraynanın Avropa İttifaqına inteqrasiyasının “gələcək təcavüzün qarşısını alacaq davamlı sülhün təmin edilməsi üçün həlledici əhəmiyyətə malik olacağı” ifadəsi yer alır.

G7 ölkələri arasında danışıqlar davam edir və yekun mətn hələ müəyyən edilməyib.

Bundan əvvəl Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniyanın baş naziri Kir Starmerin Donald Trampla görüşmək üçün gələn həftə Vaşinqtona səfər edəcəyi bildirilirdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728