azturkxeber.az
http://azturkxeber.az

Lerikdə polisin keçirdiyi əməliyyatla 10 kiloqram narkotik aşkarlanıb

21-02-2025

 

Çətin relyef şəraitindən istifadə edərək qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən külli miqdarda narkotik vasitənin Bakı şəhərində realizə olunmasının qarşısı polis əməkdaşları tərəfindən alınıb. 

Qeyd edilən əməli törədən şəxslər -  Zülfüqar Süleymanov və Məhəmməd Nağıyev Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə saxlanılıb. Onlardan 10 kiloqram marixuana aşkarlanıb. Araşdırmalarla onların narkotik vasitəni şəxsiyyəti araşdırılan İran vətəndaşından əldə etdikləri və maddi qazanc qarşılığında Bakı şəhərində deyiləcək ünvanlara çatdırmağa razılaşdıqları müəyyən edilib. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728