azturkxeber.az
http://azturkxeber.az

Milli Məclisin sədri Sahibə Qafarova Tailand Nümayəndələr Palatasının sədr müavini ilə görüşüb

21-02-2025

 

Milli Məclisin sədri Sahibə Qafarova Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyasında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Tailand Krallığının Nümayəndələr Palatasının sədr müavini Paradorn Prissananantakul ilə görüşüb.

Görüşdə APA-nın plenar sessiyasının yüksək səviyyədə təşkil olunduğu, bu təşkilatın bir çox mühüm məsələlərin müzakirəsi baxımından əhəmiyyətli beynəlxalq platforma olduğu diqqətə çatdırılıb. Həmçinin bu cür tədbirlərin təşkilata üzv ölkələr arasında dialoqun gücləndirilməsi və əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından da vacib rolu qeyd edilib.
Söhbət zamanı Azərbaycanla Tailand Krallığı arasında yaxşı əlaqələr olduğu, əməkdaşlığın inkişafı üçün müxtəlif imkanların mövcud olduğu da vurğulanıb. Bu mənada parlamentlərimizin qarşılıqlı fəaliyyətinin dövlətlərimiz arasında əlaqələrin daha da inkişafına mühüm və müsbət təsir göstərə biləcəyi ifadə edilib.
Nümayəndələr Palatasının sədr müavini ölkəmizə səfəri ilə bağlı müsbət təəssüratlarını bölüşüb. O, Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyasının uğurla təşkil olunması ilə bağlı təbriklərini çatdırıb.
Görüşdə beynəlxalq parlament təşkilatlarında da əməkdaşlıq məsələləri nəzərdən keçirilib. Spiker Sahibə Qafarova qonağa Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin fəaliyyəti və həyata keçirdiyi tədbirlər barədə məlumat verib. Qeyd olunub ki, Azərbaycanın sədrliyi ilə Parlament Şəbəkəsinin yaradılması, onun mühüm beynəlxalq əməkdaşlıq platforması kimi institusional əsaslarının gücləndirilməsi istiqamətində vacib işlər görülüb. Eyni zamanda, Parlament Şəbəkəsinin digər beynəlxalq parlament təşkilatları ilə əməkdaşlığının genişləndirilməsi ilə bağlı da addımlar atılır.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728