azturkxeber.az
http://azturkxeber.az

Xəzər dənizində xilasetmə işləri həyata keçirilmişdir

20-02-2025

 

Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi Komandanlığı Xəzər dənizində üzmə vasitələrinə nəzarətin təşkili və xilasetmə tədbirlərinin həyata keçirilməsini davam etdirir.

AzTurkxeber.az xəbər verir ki, bu barədə DSX-in məlumat xidmətindən məlumat verilib. 

Fevral ayının 19-da Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub ərazi sularında Rusiya Federasiyası bayrağı altında üzən “POLA ANFİSA” yük gəmisinin kapitanı Zhelyazkov Andrey Stepanoviçin səhhətində ciddi problem yaranması ilə bağlı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi və Sərhəd Nəzarəti Komandanlıqlarına məlumat daxil olmuşdur.

Dərhal təxirəsalınmaz tədbirlər görülərək dövlət sərhədinin mühafizəsində olan sərhəd gəmisi müəyyən edilmiş koordinatlar üzrə hərəkətə keçmiş və operativ şəkildə Rusiya Federasiyasının yük gəmisi olan əraziyə çatmışdır.

Peşəkar və sürətli müdaxilə nəticəsində yük gəmisinin kapitanı sərhəd gəmisinə təxliyə olunmuş, ilkin tibbi yardım göstərildikdən sonra təhlükəsiz şəraitdə Zirə Limanına çatdırılaraq tibbi yardım briqadasının müşayiəti ilə M.Ə.Əfəndiyev adına 2 nömrəli Şəhər Klinik Xəstəxanasına yerləşdirilmişdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728